Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şuşada kəlmeyi-şəhadətini deyən kapitan - XÜSUSİ REPORTAJ

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kapitan Elburus Mikayılov könüllü olaraq cəbhəyə yollanıb. Şuşadan qayıdan kimi Baku TV-nin studiyasına gələn döyüşçümüz təəssüratlarını tamaşaçılarla paylaşıb.

O, əsgər yoldaşlarından, döyüşlərdəki qələbələrindən qürurla söz açıb.

Onun sözlərinə görə Şuşa cənnətdir, heç bir yerə bənzəmir. Dediyinə görə oradakı döyüşçülər sevindiklərindən hətta əyilib torpağımızı öpür. Əsgərlər arasında eyni zamanda babalarının məzarlarını tapanlar da olub.

Ağır döyüşlərdə yaralansa da, qəhrəmanımız bunu da fəxrlə danışıb, “Vətən sağ olsun” deyib. Elburus Mikayılov hətta 16 dəfə kəlmeyi-şəhadətini deyib, həyat yoldaşına, qardaşına mesaj yazıb. Xoşbəxtlikdən nə həmin mesaj ünvana çatıb, nə də cənab kapitan şəhadətə qovuşub.

Bütün bunları Baku Tv-nin xüsusi reportajında izləyə bilərsiniz.

Oxşar xəbərlər
OTACI