Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlının ölümü ilə bağlı Polşa Prokurorluğuna məktub göndərilib

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Polşada müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı Müşfiq İsmayılovun ermənilər tərəfindən öldürülərək meyitinin meşədə asılması barədə informasiyalar yayılıb.

Baş Prokurorluqdan Press.az-a verilən məlumata görə, baş vermiş hadisənin təfərrüatlarının müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Polşa Respublikasının Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi xahiş olunub.

Araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Oxşar xəbərlər
OTACI