logo
First slide

Ombudsman uşaq rəsm müsabiqəsi ilə bağlı elan verir

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqəsini keçirir. Müsabiqədə 18 yaşınadək uşaqlar və yeniyetmələr iştirak edə bilərlər.

Bu barədə İnsan hüquqları üzrə müvəkkilin rəsmi saytı məlumat yayıb. 

Məlumatda bildirilir ki, müəlliflər rəsmləri A3 formatda işləməli və aşağıda verilmiş anket formasındakı məlumatları (iştirakçı haqqında qısa məlumat, əlaqə telefonları və bir ədəd 4x5 ölçüdə foto şəkil) dolduraraq rəsmlə birlikdə təqdim etməlidirlər.

Rəsm əsərləri 01 dekabr 2020-ci il saat 18:00-dək Ombudsman Aparatına (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir.

Müsabiqənin qalibləri aşağıdakı meyarlara uyğun seçiləcək:

Rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması;

Rəsmin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı.

Builki müsabiqəyə təqdim olunacaq rəsmlərdə torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mövzusuna müraciət edilməsini tövsiyə edilir.

İştirakçılar rəsmlərini müsabiqə başa çatdıqdan sonra on gün ərzində geri götürə bilərlər. Qalib hesab edilmiş rəsmlər geri qaytarılmır.

Qeyd olunur ki, müsabiqənin mövzusuna uyğun olmayan mövzularda çəkilmiş rəsmlər nəzərə alınmayacaq.

Oxşar xəbərlər
OTACI
OTACI