Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Putindən Qarabağ açıqlaması: “Liderlərin bəyanatı regionda vəziyyətin stabilləşdirilməsinə imkan verdi”

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı birgə bəyanatı qan tökülməsinin qarşısını almağa və regionda vəziyyətin stabilləşdirilməsinə imkan verdi.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda humanitar məsələlərin həllinə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Rusiya Prezidenti qeyd edib ki, Qarabağdakı əhalinin dinc həyata qayıtmasına kömək məsələsi çox vacib və aktual məsələdir.

V.Putin Rusiya tərəfindən yaradılan Qarabağla bağlı humanitar mərkəzin fəaliyyətinin beynəlxalq strukturlar, o cümlədən BMT və ATƏT, həmçinin MDB-dəki tərəfdaşlar tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.

Oxşar xəbərlər
OTACI