Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ceyhun Bayramovla iordaniyalı nazir arasında telefon danışığı olub

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

XİN-dən Press.az-a verilən məlumata görə, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhüm təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət olunmasının vacibliyini qeyd edib.

Tərəflər habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər
OTACI