Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev: "Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib"

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistanın təcavüzü nəticəsində 50-dən artıq məktəbə ziyan dəyib. Onların bir qisminə əsaslı şəkildə ziyan dəyib”.

Press.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycana vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.

“Ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının nəzdində Uşaq Hüquqları üzrə Komissiyanın fəaliyyətində hərbi əməliyyatlar zamanı uşaqlara qarşı cinayətin törədilməsində bir neçə ən ağır hallar müəyyən edilib ki, onların içində məktəb, uşaq bağçalarının hədəfə alınması və bombalanması ən ağır cinayətlər hesab edilir. Aidiyyəti beynəlxalq təşkilatlar da cəlb edilməklə bu prosesin qiymətləndirilməsi həyata keçiriləcək”, - o qeyd edib.

Oxşar xəbərlər
OTACI