Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyalı bloqer ermənilərin nasist mahiyyətini nümayiş etdi - VİDEO

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyalı jurnalist və bloqer Aleksey Romanov “You Tube” kanalında İrəvanda Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanat imzalayan Baş nazir Nikol Paşinyana qarşı ermənilərin kütləvi etirazından çəkdiyi videonu yayımlayıb.

Videoda ermənilərin Rusiya hakimiyyətini necə qınadığını və Moskvanı xəyanətdə ittiham etdiyi görünür.

A.Romanov vurğulayıb ki, ermənilərin aqressivliyi onun üçün - slavyan görünüşlü biri üçün təhdid idi. Buna baxmayaraq, jurnalist etirazçılara təhrikedici suallar verməkdən çəkinməyib.

Ermənilər ürəkdən inanırlar ki, Rusiya yalnız Ermənistana silahla kömək etməli idi, çünki onlar öz evlərini qoruyurlar. İrəvanda azərbaycanlılar barbar və canavar adlandırılır. Jurnalist buna cavab olaraq, Azərbaycanda da ermənilər haqqında eyni şeyi düşündüklərini söylədi ki, bununla da yaşlı bir erməni qadını qəzəbləndirdi. Belə ki, bu erməni tatar qadınların rus kişilərdən uşaq dünyaya gətirdiyi üçün müsəlmanların Rusiyanı ələ keçirdiyini deyib.

Bunu eşidən A.Romanov nasist ifadələri qeyd etməkdən imtina etdiyini söylədi.

Oxşar xəbərlər
OTACI