Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mülki infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi üçün yerlərə beynəlxalq və yerli qurumlar cəlb olunacaq

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələri yalnız təmas xəttində mülki əhalini və obyektləri atəşə tutmaqla kifayətlənməyərək cəbhə zonasından xeyli kənarda yerləşən şəhərlərimizi, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərlərimizi ballistik raketlərdən atəşə tutub.

Press.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə bildirib.

H.Hacıyev bildirib ki, təəssüf ki, ermnilərin bu vandalizm və barbarizm əməlləri nəticəsində 90-dan artıq mülki vətəndaşımız həyatını itirib və 400-dən artıq vətəndaşımız yaralanıb.

PA rəsmisi bildirib ki, 27 sentyabr tarixindən indiyə qədər dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq. Ümumi nəticəyə gələcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq.

H.Hacıyev qeyd edib ki, bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcəkş. Bütün bunlar Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin nümunəsidir.

Oxşar xəbərlər
OTACI