Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tədrisdə hibrid və əyani formaya keçid gözlənilir

13 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabinetinin qərarından da görünür ki, növbəti həftələrdə və aylarda sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla tədrisdə müəyyən hibrid və əyani formaya keçid gözlənilir.

Press.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbələri digər aidiyyati qurumlarla birlikdə ölkədəki sanitar-epidemioloji vəziyyəti izləyir: “Əgər həqiqətən də ölkədə sanitar-epidemioloji vəziyyət təhlükəli həddə olmasa, bu dəyişikliklər nəzərə alınacaq və bu barədə məlumat ictimaiyyətin nəzərinə çatdırılacaq. Amma məlumdur ki, bu virusun necə yayılacağını heç kim bilmir. Məsələn, tədris başlayana qədər ölkədə sanitar-epidemiolji durumun ən yaxşı olduğu bölgələrdən biri Quba idi, amma ilk bağlanan məktəb də Qubanın ucqar kənd məktəbi oldu”.

Oxşar xəbərlər
OTACI