logo
First slide

Buraxılmış dərslər necə kompensasiya ediləcək? - Kamran Əsədovdan aktual suallara CAVAB

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ölkədə korornavirusa yoluxma hallarının artması və hərbi vəziyyəti nəzərə alsaq yaxın aylarda dərslərin ənənəvi formada yenidən başlayacağını gözləməyə dəyməz.

Press.az-ın Media.Az-a istinadən məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Onun sözlərinə görə hazırda təhsil sistemi buraxılmış və keçirilməmiş dərslərin kompensasiyası, həmçinin 2021-ci ilə planlaşdırılan qəbul və buraxılış imtahanlarının aparılması problemi ilə üzləşib:

“2020-ci il buraxılış və qəbul imtahanları testlərində martın 3-dək şagirdlərə öyrədilən mövzulardan istifadə olunduğunu nəzərə alsaq, 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarda ciddi problemlər ola bilər. Buna görə bu gün ən vacib məqam buraxılmış dərslərin kompensasiya edilməsidir”.

Onun sözlərinə görə, yaxınlaşan tətillər, məsələn Yeni il və ya Novruz bayramları ilə əlaqədar buraxılmış dərsləri kompensasiya etmək olar, ancaq bu da kifayət etməyəcək.

“Buna görə yüksək keyfiyyətli distant təhsil təşkil etmək lazımdır. İndi “Microsoft”, “Zoom”, “Skype” kimi proqramlar sayəsində bu mümkündür”.

Kamran Əsədov bununla belə vurğuladı ki, fövqəladə və ya hərbi vəziyyət kimi hallarda təhsil prosesinin davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi əvvəlcədən fəaliyyət platforması hazırlamalı idi.

Oxşar xəbərlər
OTACI
OTACI