Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident: "Bizim müasir silahlarımız var və onları döyüş meydanında nümayiş etdiririk"

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var".

Press.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində Azərbaycanın BMT-nin kasetli silahları haqqında konvensiyasını niyə imzalamadığına dair suala cavabında bildirib.

Dövlət başçısı deyib: “Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.

Oxşar xəbərlər
OTACI