Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"la oyunda zədələnmiş futbolçu 3 həftə oynamayacaq

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Avropa Liqasının I qrupunda II turun "Qarabağ"la oyununda zədələnmiş İspaniya "Vilyarreal"ının futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.

Press.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, əzələsində yırtıq aşkarlanan 22 yaşlı müdafiəçi 3 həftə meydanlardan kənarda qalacaq.

Bu səbəbdən, istedadlı futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını buraxmalı olacaq. O həmçinin La Liqada "Valyadolid" və "Xetafe", eyni zamanda Avropa Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçlarda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutmuş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI