Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya kanalından "Qarabağ"a qadağa - Etiraz müraciəti

30 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) rusiyalı həmkarlarına müraciət edib.

Press.az xəbər verir ki, müraciət "Matç TV"nin "Qarabağ" klubunun Avropa Liqasındakı oyunlarını yayımlamaqdan imtinası ilə bağlı edilib.

Məktubda deyilir: "Bugünlərdə Rusiyanın idman televiziya kanalı “Matç TV” Azərbaycanın Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol klubunun Avropa Liqasındakı oyunlarını yayımlamamağa qərar verib. Bu, Azərbaycan tamaşaçısının diqqətindən yayınmayıb.

Azərbaycanda idman jurnalistlərinin apardığı araşdırma nəticəsində məlum olub ki, "Qarabağ"ın oyunlarının yayımlanmasına qadağa Ermənistanı "incitmək" istəməməkdən qaynaqlanır. “Qarabağ” Azərbaycanın ən güclü futbol klubudur və uzun illər ölkəsini UEFA-nın himayəsi altında keçirilən Çempionlar Liqasında və Avropa Liqasında uğurla təmsil edir”.

Məlumatda bildirilir ki, erməni millətindən olanların bunu "bəyənməməsi" ilə əlaqədar "Qarabağ"ın matçlarının Rusiya telekanalında nümayiş olunmasına qadağa Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünməyə əsas verir: "Bu, Ermənistan tərəfinin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər".

AİJF “Matç TV”nin Azərbaycana qarşı qərəzli münasibətini qınayır və bu mövqeyə qəti şəkildə etirazını bildirir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI