logo
First slide

Düşmən Azərbaycanın mineral ehtiyatlarını bazarlara çıxarıb - RƏSMİ

30 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanın işğal altında olan ərazilərində zəngin mineral resurslar talan edilib”.

Press.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, həmin mineral resurslar üçüncü ölkələrin bazarlarına çıxarılıb:

“Əldə edilən qazanclar digər məqsədlər üçün istifadə edilib. Mineral yataqlar sırasında Azərbaycanın qızıl, gümüş, mis və digər ehtiyatları var ki, xarici ölkələrin vətəndaşları, fiziki və hüquqi şəxslər cəlb edilməklə qanunsuz əməllər həyata keçirilib”.

“Təəssüflə qeyd edirik ki, bu qanunsuz iqtisadi əməllər nəticəsində qazanılan maliyyə resusları Ermənistana və onlar vasitəsilə digər ölkələrin bank hesablarına köçürülüb”.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə infrastrukturun dəyişdirilməsi və yeni infrastruktur obyektlərinin yaradılması, həmçinin, ərazilərimizdən turizm məqsədi ilə istifadə edilməsi kimi cəhdlər həyata keçirilib.

Bunları edən şəxslərə qarşı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işləri açılıb. Bunun üçün zəruri addımların atılması üçün digər tərəfdaş dövlətlərə müraciət olunub”, - deyə H.Hacıyev qeyd edib.

Oxşar xəbərlər
OTACI
OTACI