Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisi: “Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışırdı”

30 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu günə qədər Ermənistan danışıqlar prosesində məsuliyyətlərini inkar etməyə və guya “qondarma rejimin” mövcudluğunu ön sıraya çəkərək, danışıqlar prosesinin formatını dəyişməyə çalışırdı”.

Press.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, işğalçı və təcavüzkar dövlət olaraq Ermənistan Respublikası baş verən hadisələrlə bağlı məsuliyyət daşıyır:

“Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə siyasəti həyata keçirilib. Bu da çoxsaylı hərbi və müharibə cinayətləri ilə müşahidə olunub. Mülki əhaliyə qarşı zorakılıq, öldürülmə kimi əməllər bu qəbildəndir”.

H.Hacıyev qeyd edib ki, bu illər ərzində Ermənistan işğal altında olan torpaqlarımızda qeyri-qanunu əməliyyatlar da həyata keçirilib:

“Bunları bir çox epizodları bu gün də davam edir. İşğal olunan ərazilərdə mədəni irsin talan edilməsi və məhv edilməsi faktları var”.

Oxşar xəbərlər
OTACI