Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cenevrə görüşü mətbuata qapalı olacaq

30 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Press.az Report-a istinadən xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.

Mənbə həmçinin bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyini vurğulayıb.

Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi məlum deyil.

Minsk qrupunun iki ölkənin xarici işlər nazirləri ilə görüşü əvvəlcədən oktyabrın 29-na nəzərdə tutulsa da, sonradan görüş oktyabrın 30-na təxirə salınıb.

Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işgüzar səfərdədir.

Oxşar xəbərlər
OTACI