Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə “Qarabağ”a dəstək pankartı - FOTO

29 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Qarabağ” – “Vilyarreal” matçının keçirildiyi “Başakşəhər Fatih Terim” (Türkiyə) stadionunun ətrafında Azərbaycan və “Qarabağ”a dəstək xarakterli plakatlar yerləşdirilib.

Press.az xəbər verir ki, Azərbaycan bayraqları ilə bəzədilən arenanın ərazisində “Yanındayıq “Qarabağ”, Avropa Liqasında uğurlar” tipli pankartlar açılıb.

Oyun üçün İstanbula yollanan azərbaycanlı urnalistlər isə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparan Azərbaycana dəstəyini göstərən Türkiyəyə özünəməxsus minnətdarlığını çatdırıb. Arena kənarında üzərində “Təşəkkürlər Türkiyə” yazılan plakat açan jurnalistlər Türkiyə Cümhuriyyətinin yaranma günü ilə bağlı təbriklərini də çatdırıblar.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Bu səbəbdən Ağdam klubu "Vilyarreal"ı İstanbulda qəbul edir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI