Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Birinci Qarabağ müharibəsində ölmədi, dünən Bərdədə həlak oldu — VİDEO

29 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması nəticəsində həlak olanlar dəfn edilib.

Press.az xəbər verir ki, “Anadolu” agentliyi dəhşətli qətliamda həyatını itirənlərlə vida mərasimini işıqlandırıb.

Həlak olan Fazil Hacıyevin qardaşı bildirib ki, o, 1993-cü ildə müharibədə ölməyib, aptekdən dərman alarkən vurulub.

F.Hacıyevin qardaşı bildirib ki, mərhumun oğlu hazırda cəbhədədir:

“Qardaşım 1993-cü ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Savaş meydanında ölmədi, amma aptekdən dərman alarkən vuruldu. Bir oğlu indi cəbhədədir və atasının vəfatından xəbəri yoxdur. Sadəcə atasının yaralı olduğunu bilir”.

 

Oxşar xəbərlər
OTACI