Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biz onları iti qovan kimi qovuruq - Azərbaycan Prezidentinin köməkçisi

29 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan erməni təxribatlarına qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır, amma biz mülki əhaliyə qarşı savaş aparmırıq.

Press.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ancaq hərbi hədəflərə qarşı döyüşür:

“Ermənistanla Azərbaycan arasındakı fərq bundan ibarətdir. Torpaqlarımız işğaldan azad ediləcək. Düşmən döyüş meydanından şərəfsizcəsinə qaçır. Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq. Xocalı soyqırımını törədənlərin də çoxunun döyüş meydanında cavabı verilib”.

Oxşar xəbərlər
OTACI