Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Elnur Hüseynov və Fidan Hüseynova Gəncə faciəsinə həsr olunmuş yeni klipi təqdim etdilər - VİDEO

28 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün hər birimiz həqiqəti, - bu həqiqət nə qədər dəhşətli və kədərli olsa da, - dünyaya çatdırmağa borcluyuq.

“Eurovision” mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova da bu işdən kənarda qalmayıblar. Onlar öz yaradıcı komandaları ilə birlikdə çəkdikləri yeni klipdə Gəncədə baş vermiş faciələr barədə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

“Say Hallelujah” mahnısına çəkilmiş video Fidanın rəsmi “YouTube” kanalında təqdim edilib. Gənc artistlər bu barədə hələ iki il bundan əvvəl söhbət açmışdılar (həmin mahnıya birinci çarx o vaxt çəkilmişdi). Bəs onları yenidən bu mövzuya qayıtmağa sövq edən nə olub və bu gün onlar “Say Hallelujah” mahnısı vasitəsilə dünyaya nə demək istəyiblər? 

Oktyabrın 4-ü, 11-i və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub! Həlak olanlar arasında 10 qadın və altı uşaq var! Daha 138 nəfər yaralanıb! İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi.

Beləliklə, rejissor Ülviyyə Könül “Say Hallelujah” mahnısının yeni versiyası üzərində işə başladı”, - deyə Elnur Hüseynov bildirib.

Ülviyyə Könül 2018-ci ildə çəkilmiş klipi əsas götürərək yeni videonu “yığıb” və Gəncə hadisələri barədə söhbət açıb.

“Bu klip öz işinin əsl peşəkarlarının birgə işidir, onları birləşdirən bir məqsəd var – həqiqəti bəşəriyyətə çatdırmaq. Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil”.

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Bu misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

“Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır! Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır”.

Yaqub Hüseynov qeyd edir ki, uşaqlar (Fidanın iki balaca qardaşı var) televizorda balaca Xədicə haqqında süjeti görəndə (raket hücumu nəticəsində valideynlərini və kiçik bacısını itirmiş bu balaca qızcığazın adını mətbuatda əvvəlcə Fidan kimi demişdilər) dərhal soruşdular: “Atacan, bəlkə bu qız bizimlə yaşasın? Bizim bacımız olsun?!” 

Bu günlərdə Hüseynovlar ailəsi həmin balaca qız üçün hədiyyələr və zəruri əşyalar alaraq Gəncəyə yola düşüb və onunla görüşüb.

 

Oxşar xəbərlər
OTACI