Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"İstədiyimiz nəticəni qazanacağımıza inanıram" - Maksim Medvedev

28 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Vilyarreal"la vacib matça çıxacağıq. Rəqibimiz böyük komandadır və baxımlı oyun sərgiləyirlər".

Press.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Vilyarreal"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, rəqibin güclü olmasına baxmayaraq, sabahkı oyunda yaxşı çıxış edəcəklərinə inandığını bildirib: "Çalışacağıq ki, Azərbaycanı yaxşı təmsil edək. Baş məşqçi ilə birlikdə rəqibin oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı oyun olacaq və istədiyimiz nəticəni qazana biləcəyik".

Qeyd edək ki, sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçı Bakı vaxtı ilə saat 21:50-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI