Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

27 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın ötən gün elan edilən atəşkəsə baxmayaraq, Azərbaycanda döyüş bölgəsindən uzaqdakı dinc əhalinin məskunlaşdığı ərazilərə qarşı davam edən hücumları bütün bəşəri və əxlaqi dəyərləri ayaq altına alır.

Press.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in Ermənistan ordusunun Bərdə şəhərinə raket zərbələri endirməsi ilə bağlı bəyanatında deyilib.

“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə qarşı hücumunda biri iki yaşlı uşaq olmaq dörd dinc sakin həyatını itirib, 13 nəfər yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.

Ermənistanın bu qeyri-insani hücumunu ən sərt şəkildə qınayır, vicdan və məsuliyyət sahibi ölkələri Ermənistanın törətməyə davam etdiyi müharibə cinayətlərinə dur deməyə çağırırıq. Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bu günə qədər elan edilən üş atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulmasına baxmayaraq, bu atəşkəs pozuntularına həmsədrlər tərəfindən heç bir reaksiya verilməməsini də anlamlı hesab edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.

Oxşar xəbərlər
OTACI