Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan Bərdəyə raket atıb, ölənlər və yaralananlar var - FOTO - YENİLƏNİB

27 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.

Press.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir.

17:53

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Press.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

17:43

Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində iki nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.

Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya aparılıb. Yaralılardan içərisində azyaşlılar da var.

17:30

Ermənistan növbəti dəfə dinc əhalini raket atəşinə tutub.

Press.az-ın məlumatına görə, Ermənistan Ordusu tərəfindən atılan raket Bərdə rayonunun Qarayusifli kəndi ərazisinə düşüb.

Hadisə nəticəsində bir mülki şəxs həlak olub, yaralılar var.

Oxşar xəbərlər
OTACI