logo
First slide

Pakistan Ermənistanı dövlət kimi tanımır

26 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulmasını və Azərbaycanın mülki şəxslərinin atəşə tutulmasını pisləyir.

Bu barədə Pakistan İslam Respublikası Milli Assambleyasının Sədrinin Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı məktubunda deyilir.

Məktubda vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur:

“Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə edib.

Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır.

Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır”

Oxşar xəbərlər
OTACI
OTACI