Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezidentin köməkçisi erməni komandirlərin əməlini ifşa etdi: “Uşaq bağçasında iclas keçirirlər”

25 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğal edilmiş torpaqlarımızda Ermənistan Silahlı Qüvvələri komandirlərinin uşaq bağçasında iclas keçirməsinə münasibət bildirib.

Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

“Fotodan görünür ki, Ermənistan Silahlı Qüvvələrinin komandirlərinin görüşü uşaq bağçasında keçirilir. Onlar uşaqların həyatını riskə ataraq, hərbi qərargahı uşaq bağçasında kamuflyaj ediblər. Dinc əhalini raketlərlə öldürən hərbi cinayətkardan başqa nə gözləmək olardı ki? Vicdan əzabı çəkmirlər”, - deyə H.Hacıyev bildirib.

As photo shows meeting of commanders of Armenian armed forces taking place at kindergarden. They camouflaged military headquarters inside kindergarden risking the lives of kids. What else one can expect from warcriminal who killed civilians w/missiles? No pang of remorse @ICRC pic.twitter.com/ZxQ1KACFf3

— Hikmet Hajiyev (@HikmetHajiyev) October 25, 2020
Oxşar xəbərlər
OTACI