logo
First slide

Qarabağda məhv edilən muzdlu döyüşçülər

25 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan rəhbərliyi döyüşlərə başlamazdan əvvəl ordudakı çatışmazlıqları ört-basdır etmək üçün xarici muzdluları və terrorçuları Qarabağa cəlb edirdi.

Press.az xəbər verir ki, döyüşlər başladıqdan və Azərbaycan Ordusu qarşısında ciddi məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti prosesi daha da sürətləndirdi. Ermənistan ordusunun verdiyi ciddi itkiləri nəzərə alsaq, bu, gözlənilən idi.

Məlumat üçün bildirək ki, Ermənistan diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını döyüşlərə cəlb edir. Hətta bunun üçün xüsusi reyslər ayrılır.

Ermənistana əsasən Fansa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular gətirilir. İndiyədək bunu təsdiqləyən çoxsaylı faktlar aşkar edilib. Döyüşlərdə öldürülən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu təsdiqləyir.

Belə ki, Azərbaycan Ordusu tərəfindən döyüşlərdə Yunanıstan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Artur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular məhv edilib. Onların ölümü Ermənistanın rəsmi qurumları tərəfindən gizlədilir, itkilərin siyahısına əlavə edilmir.

Hazırda Ermənistan tərəfindən xarici muzdluların Azərbaycana qarşı döyüşlərdə iştirakı davam edir. Rusiya və Gürcüstan vətəndaşlığı olan, məşhur erməni separatçısı Vaxanq Çaxalyan döyüşlərin aktiv iştirakçılarından biridir. Onun şimal cəbhəsindəki sığınacaqlarda gizləndiyi və terrorçu qrupa rəhbərliyik etdiyi bildirilir.

Oxşar xəbərlər
OTACI
OTACI