Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Biz onlara dönürük, onlar çempionata - Video

25 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan öz dövlətçilik tarixinin ən şanlı dövrlərindən birini yaşayır.

Sentyabrın 27-dən başlanan əks-hücum əməlliyatı zəfərlə davam edir. Rəşadətli ordumuz şəhər və kəndləri bir-birinin ardınca işğalçılardan azad edir.

Artıq 3 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan), 3 qəsəbə (Hadrut, Mincivan, Ağbənd) və 150-dən artıq kənd düşmən tapdağından xilas edilib. İranla dövlət sərhədi tam olaraq Azərbaycanın nəzarəti altına qayıdıb. Ordumuz cəbhədə irəlilədikcə Azərbaycanın coğrafi xəritəsi sanki canlanır, erməni faşistlərinin viran qoyduğu şəhər və kəndlər öz sahiblərinə qovuşmaq üçün səbrsizlənir, normal həyata dönüşü gözləyir. Tərtərdən Talış və Suqovuşan kəndlərinə yol çəkilişinə başlanılmasını qarşıdakı dinc quruculuq və gözəl günlərin müjdəsi saymaq olar.

Qarabağ torpaqlarındakı həmin gözəl gələcəyin, dinc həyatın bir hissəsi də dünyanın ən sevilən idman növü futbol olacaq. Azərbaycan azarkeşi səbrsizliklə Xankəndi, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdərənin milli çempionata qoşulacağı, bu şəhərlərdə futbol coşğusunun yaşanacağı günü gözləyir.

ETOPAZ bununla bağlı videoçarx hazırlayıb. Videoçarxda Xankəndi, Şuşa, Laçın, Cəbrayıl və digər şəhərlərimizin komandaları şərti adlarla təqdim olunur. Əminik ki, işğaldan azad olunan şəhərlərimizin komandalarını yeni mövsümdən milli çempionatda görəcəyik.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI