Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rüstəm Orucov mükafatını Orduya bağışlayacaq

25 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm.

Press.az xəbər verir ki, bu sözləri Budapeştdə keçirilən “Böyük dəbilqə” turnirində böyük uğura imza ataraq qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

O qeyd edib ki, qazandığı mükafatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürəcək:

“Burada qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəyəm. Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, R.Orucov “Böyük dəbilqə” turnirində finala qədər Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçiləri üzərində inamlı qələbə qazanıb. Finalda İsveçrə təmsilçisini məğlub edən olimpiya mükafatçısı qürurla əsgər salamı verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI