Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyanın “General Həzi Aslanov” tankerində partlayış olub

25 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində partlayış olub.

Press.az xəbər verir ki, gəmidə olan 13 heyət üzvündən 10 nəfəri xilas edilib. Hazırda 3 nəfərin axtarışları aparılır.

Məlumata görə, tanker Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. Hadisə vaxtı tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb.

Üç xilasetmə gəmisi hadisə yerinə yaxınlaşıb.

Oxşar xəbərlər
OTACI