Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rüstəm Orucov qızıl medal qazandı

24 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.

Press.az xəbər verir ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

O, Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edib. Cüdoçumuz qələbədən sonra əsgər salamı verib.

Qeyd edək ki, bu gün Budapeştdə Telman Vəliyev, Hidayət Heydərov və Murad Fətiyev də tatami üzərinə çıxıblar. Cüdoçularımız ilkin mərhələlərdə məğlub olublar. Turnirin ilk günü isə Orxan Səfərov millimizə bürünc medal qazandırıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI