Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər

24 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Londondakı azərbaycanlılar “The Guardian” nəşrinin binası qarşısında aksiya keçiriblər. Tədbirdə, aksiya iştirakçıları əllərində “The Guardian”, Azərbaycanı da dinlə”, “The Guardian”, obyektiv ol”, “The Guardian”, Azərbaycana da söz haqqı ver” kimi şüarlar yazılan plakatlar qaldırıblar. Daha sonra nəşrə ünvanlanan məktub “The Guardian”ın əməkdaşına təqdim edilib.

Məktubda “The Guardian”da yayımlanan xəbərlərdə ermənilərin mövqeyindən çıxış edilməsi, Azərbaycana söz haqqı verilməməsi qınanılıb. Bildirilib ki, Britaniyanın tanınmış nəşrlərindən olan “The Guardian” tərəf tutmamalı, işğalçı Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasına, uşaqların öldürülməsinə səssiz qalmamalıdır.

Oxşar xəbərlər
OTACI