Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çempionlar Liqasında həftənin ən yaxşı qolu seçildi

24 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolu müəyyənləşib.

Press.az qurumun saytına istinadən xəbər verir ki, “Real”ın futbolçusu Luka Modriçin “Şaxtyor”a vurduğu qol həftənin ən yaxşısı seçilib.

İkinci yerin sahibi isə “Bavariya”nın yarımmüdafiəçisi  Korentino Tolisso olub. O, “Atletiko” ilə matçda qapını dəqiq nişan alıb.

İlk üçlüyü ”Atalanta”nın hücumçusu Alexandro Qomez qapayıb. Oyunçu “Midtyulland”a qarşı fərqlənməyi bacarıb.

“Krasnodar”ın müdafiəçisi Kristian Ramirezin “Renn”ə vurduğu qol isə 4-cü seçilib.

Qeyd edək ki, “Real” – “Şaxtyor görüşü 2:3, “Bavariya” – “Atletiko” matçı 4:0, “Midtyulland” – “Atalanta” oyunu 4:0, “Krasnodar” – “Renn” qarşılaşması isə 1:1 hesabı ilə başa çatıb.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI