Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Vaksinin vurulması niyə vacibdir? - TƏBİB rəsmisi

23 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Hamı maska gəzdirməlidir:  xəstəliyi keçirən də, keçirməyən də. Artıq bir müddət əvvəl ölkədə qrip əlehinə vaksinasiya işinə start verilib. İşlər gedir”. 

Press.az xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, qrip əlehinə vaksin koronavirusdan qorumur:

“Bəs nə üçün aktualdır? Çünki qriplə, koronavirus birlikdə rast gəlinəndə daha ağır olur deyə, qrip əlehinə vaksin vurulur. Daha ağır fəsadlara səbəb olur. Həmçinin də risk qrupu olan xəstələr üçün problemli olur. Ürək, böyrək xəstələri, şəkərli diabet xəstələri COVİD-19-u çox ağır keçirir. Onlar qriplə xəstələnsələr daha ağır fəsadları ortaya çıxa bilər. Vaksinlərin vurulması ilk risk qrupları üçün nəzərdə tutulub”. 

Oxşar xəbərlər
OTACI