Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kiberhücum: Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

23 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

1979-cu il təvəllüdlü Bakı sakini, iri banklardan birinin müştərisi E.Bayramzadə kiber cinayətin qurbanı olub.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, 22 oktyabr tarixində kişi bank kartından 5 477 manat məbləğində vəsait çıxarıldığını aşkarlayıb. Oğurluq barədə Səbail Rayon 9-cu Polis Bölməsinə məlumat verilib. Hazırda əməliyyatçılar hakerin izinə düşməyə çalışırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, son illərdə Azərbaycanda mobil tətbiqetmələr (mobil bank proqramları) və internet vasitəsilə bank hesablarından oğurluq hadisələri çoxalıb. E.Bayramzadənin müştərisi olduğu bankda eyni hadisə artıq baş verib. 

Mütəxəssislərin fikrincə, respublikada bir çox bank və ticarət təşkilatı pul oğurlanması ilə bağlı mütəmadi olaraq kiberhücum və haker problemi ilə qarşılaşır, lakin heç kim müştərilərinin gözündə aciz görünməmək üçün bunu etiraf etmək istəmir.

Oxşar xəbərlər
OTACI