Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yoluxma sayının azalması insanların arxayınlaşmasına gətirib çıxardı - Yaqut Qarayeva

23 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Həkim nəzarəti olmadan özünü evdə antibiotiklə müalicə edən xəstə ağırlaşaraq xəstəxanaya gəldiyi zaman onun müalicəsi üçün uyğun antibiotik tapmaq çətin olur.

Press.az-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, payız-qış mövsümündə virusa yoluxanların sayında artımın gözlənildiyi barədə açıqlama verilmişdi: “Havalar hələ çox soyumayıb. Biz indi bəlkə də bunu əsas səbəb olaraq qeyd edə bilmərik. Demək, burada başqa səbəblər var. Yoluxma sayının azalması sentyabr ayından insanların arxayınlaşmasına gətirib çıxardı. Bu da yoluxma sayında artıma səbəb oldu”.

Y.Qarayeva bildirib ki, aşkarlanan hər bir xəstə asimptomatik olsa belə, başqaları üçün təhlükədir.

TƏBİB rəsmisi əlavə edib ki, koronavirusa görə edilən testlərin sayı artarsa, amma aşkarlanan xəstə sayı artmazsa, bu, artıq müsbət bir göstərici sayılar.

Oxşar xəbərlər
OTACI