Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa yoluxma riskini azaldan xəstəliyin adı açıqlandı

23 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Allergiyası olan insanlar viral və onkoloji xəstəliklərə daha az həssasdırlar.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı həkim allerqoloq-immunoloq Alla Rıjix COVID-19 infeksiyasına yoluxma riskini azalda biləcək xəstəliklərdən danışarkən bildirib.

Onun sözlərinə görə, allergik insanların koronavirusa yoluxma riskinin az olmasının səbəbi onların orqanizminin yüksək reagin fonuna, yəni immunoglobulin E-yə (IgE) sahib olmasıdır.

Eyni zamanda mütəxəssis, koronavirusun bəzi simptomlarının mövsümi allergiya təzahürləri ilə oxşarlığına diqqət çəkib.

“Bir insanda öskürək və nəfəs darlığı ilk dəfə yaranmırsa, bu, payız soyuğunun başlaması ilə ağırlaşan allergik xəstəliyin təzahürü ola bilər”, - deyə o vurğulayıb.

Həkim allergik reaksiyalar və koronavirus simptomlarını qarışdırmamaq üçün mütəxəssisə müraciət etməyi məsləhət görüb.

Oxşar xəbərlər
OTACI