Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova

22 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moskva Dağlıq Qarabağda vəziyyətin normallaşması üzrə əvvəlki kimi fəal vasitəçilik səyləri göstərir.

Press.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsinin qarşısını almağa yönəlmiş səylər davam etdirilir:

“Dağlıq Qarabağ məsələsi oktyabrın 20-də və 21-də Xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycandan həmkarları ilə ayrı-ayrı görüşlərdə müzakirə olunub. Biz əvvəlki kimi ATƏT Minsk qrupu həmsədrliyi formatında işimizi davam etdiririk. Vasitəçilərin növbəti görüşünün sabah Vaşinqtonda olması planlaşdırılır”.

Oxşar xəbərlər
OTACI