Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı

22 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qürurla bildiririk ki, 20 oktyabr 2020-ci il tarixdə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunaraq Azərbaycan bayrağının Zəngilanda qaldıran hərbçilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə video müraciəti yayımlanmışdır.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Press.az-a bildirilib ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, önündə müqəddəs bayrağımızın dalğalandırıldığı inzibati bina Zəngilan rayon prokurorluğunun inzibati binası kimi 1991-ci ildə tikilərək istifadəyə verilmişdir.

Həmin binada fəaliyyət göstərmiş prokurorluq əməkdaşları, o cümlədən veteranlar fərəh və sevinc hissi ilə binanın Zəngilan rayon prokurorluğunun inzibati binası olduğunu təsdiq etmişlər.

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları bütün torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad olunacağına inanır, işğaldan azad olunmuş şəhər və rayonlarımızda fəaliyyətlərini davam etdirəcəkləri günü səbrsizliklə gözləyir.

Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər
OTACI