Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO-nun Baş katibi: “Dağlıq Qarabağdakı döyüşlərdə tərəf deyilik”

21 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldəki NATO qərargahındakı görüşlərdən sonra mətbuat konfransı keçirib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”, - deyə NATO Baş katibi bildirib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.

Oxşar xəbərlər
OTACI