Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

NATO Baş katibindən Qarabağ AÇIQLAMASI

21 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.

Press.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan Prezidenti Armen Sarkisyanla Brüsseldəki NATO qərargahındakı görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.

"Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, - deyə Y.Stoltenberq bildirib.

Oxşar xəbərlər
OTACI