Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"a qalib gəlməliyik" - "Makkabi"nin baş məşqçisi

21 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Son iki həftə bizim üçün yaxşı oldu. Futbolçular sağaldılar. Onlar bu gün komandaya qoşulacaqlar, məşq edəcəklər və oyuna hazırdırlar. Sıx qrafiklə əlaqədar, addım-addım irəliləyəcəyik. Hər oyun fərqli bir hekayədir. İlk oyuna köklənməliyik. Mənim üçün oyunçuların hazır olması vacibdir. Matç günü hər hansı bir problemin olub olmadığını görəcəyik və nə olduğunu başa düşəcəyik. Əvvəlkindən daha yaxşı vəziyyətdəyik".

Press.az xəbər verir ki, bu sözləri "Makkabi"nin baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin çox ciddi komanda olduğunu bildirib: "Yaxşı təcrübəyə sahibdirlər. Onları təhlil etmişik. "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadır. Komanda şəklində oynayırlar. Güclü rəqibdir. Bizi çox çətin oyun gözləyir".

Y.Donis hər matçda xal qazanmağa çalışacaqlarını söyləyib: "Özümüzə inanırıq. Yaxşı oynayırıq, intizamlı olsaq, qrupdan çıxmaq şansımız var. Addım-addım oyunları düşünməliyik.  Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq. Hədəflərimiz çoxdur".

Donis cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: "Köməkçim texniki zonada əyləşəcək. Oyunçulardan xahiş etdiyim odur ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindir, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacağam".

Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI