logo
First slide

Alimlər nikotinin Parkinson xəstəliyi və koronavirusa qarşı faydalarını kəşf ediblər

21 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın müxtəlif ölkələrindən olan elm adamlarının apardığı araşdırma nəticəsində məlum olub ki, nikotin Parkinson xəstəliyi, demensiya (ağılın zəifləməsi) və koronavirus infeksiyasının müalicəsində müsbət nəticə verir.

Bu barədə “Daily Mail” agentliyi xəbər yayıb.

Belə ki, siqaretin əsas komponenti olan nikotin Parkinson xəstələrinin hüceyrələrində dopamin istehsalını aktivləşdirir.

Bununla əlavə, nikotin pomidor, bibər və badımcan tərəvəzlərinin tərkibində də mövcuddur .

Bu tərəvəzlərdən istifadə zamanı xəstəliyin inkişaf riski 30 faiz azalır.

Yunanıstanlı professor Konstantinos Farsalinos apardığı araşdırma zamanı bu qənaətə gəlib ki, nikotin insanları COVID-19-dan qoruyur.

Misal üçün, Çində siqaret çəkənlər arasında koronavirus xəstəliyinə yoluxanlara nadir hallarda rast gəlinib.

Statistika bu pis vərdişə mübtəla olan insanların koronavirus infeksiyasına yoluxma ehtimalının 80 faiz daha az olduğunu göstərir.

Oxşar xəbərlər
OTACI
OTACI