Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Cafe AnderSon” lövhəsi söküldü

20 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda fəaliyyət göstərən “Cafe AnderSon” kafesinin adının yazıldığı lövhə şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın ermənipərəst mövqeyinə görə sökülür.

Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb.

Qeyd edək ki, ötən gün şəbəkənin yaradıcısı Anastasiya Tatulovanın Azərbaycan – Ermənistan münaqişəsi haqqında şəxsi fikirləri əsas gətirilərək, sözügedən brendin adından istifadə etməkdən imtina edilib.

Kafenin Bakıdakı şöbəsinin rəhbərliyi qərar verib ki, bu brendlə bütün əlaqələri və əməkdaşlığı tamamilə dayandırsınlar.

Xatırladaq ki, Anastasiya Tatulova bu münaqişədə həm fikirləri, həm də pulu ilə Ermənistanın tərəfində olduğunu bildirib. 

Oxşar xəbərlər
OTACI