"Fənərbaxça" futbolçusu Qarri Rodriqeslə yolları ayırıb.
Press.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisi ötən mövsüm 2 illiyinə icarəyə götürdüyü 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı olaraq ləğv edib. Onun müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna qayıtdığı vurğulanıb.
Qeyd edək ki, Q.Rodriqes "Fənərbaxça"da indiyə kimi 29 matçda 4 qol vurub, eyni sayda qolun ötürməsini verib.