Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncə terroruna məruz qalanlar evlə təmin ediləcək

19 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək".

Press.az "Report"a istinadla xəbər verir ki, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oktyabrın 17-də ermənilərin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarla görüş zamanı bildirib.

"Dağılmış bütün evlərin əvəzinə yeni evlər veriləcək, kimin nə problemi varsa, bildirsin. Bu hadisələr, zərər çəkən hər bir şəxs Prezidentimizin, I vitse-prezidentimizin diqqətindədir".

Qeyd edək ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə ərazisinə atılan raket nəticəsində bir neçə ev tamamilə dağılıb.

Oxşar xəbərlər
OTACI