logo
First slide

Vaqif Əsədov: “Sərnişinlərin daşınması zamanı avtobuslara normadan artıq sərnişin götürmək olmaz”

19 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Nazirlər Kabineti yanında operativ qərargahın mövcud vəziyyətlə əlaqədar verdiyi qərara əsasən, sərnişin sıxlığının qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a aşıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, sərnişin sıxlığı, eləcə də şəxsi nəqliyyat vasitələrinin çoxluğu avtomobil yollarında zolaqlar üzrə sıx cərgələnmə ehtimal yarada bilər ki, bu da ümumilikdə nəqliyyat vasitəsilərinin hərkətinə çətinlik yaranması riskini artırır:

“Odur ki, sərnişin daşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə bildiriş edib. Sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərin reys qabağı nəqliyyat vasitələrinin dezinfeksiya edilməsinə xüsusi diqqət ayırması bildirilir. Eyni zamanda marşurut üzrə normadan artıq nəqliyyat vasitələrinin sayca çoxluğunu təmin etməlidirlər. Eləcə də sərnişinlərin daşınması zamanı normadan artıq sərnişin götürülməsinə qarşı nəzarət gücləndirilməlidir. Hər şey Vətən üçün devizi altında, hər bir hərəkət iştirakçısı öz üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Sərnişinlər özü də avtobuslarda normadan artıq sərnişin gördükdə həmin avtobusa minməyib, növbəti avtobusu gözləməlidirlər. Bununla onlar həm öz, həm də ətrafdakı insanların (sərnişinlərin) sağlamlığını qorumuş olacaqlar”.

V.Əsədov taksi fəaliyyəti ilə məşğul olan sürücülərə də təmsil etdiyi qurum adından bildiriş ünvanlayıb:

“Avtomobillərin mütləq qaydada dezinfeksiya edilməsi, şəffaf arakəsmələrin qoyulması, qoruyucu vasitələrdən istifadə etmək və sərnişinlərin də istifadə etməsini tələb etmək şərtdir”.

Dayanma-durma qaydalarına düzgün riayət olunmamasının yolda nəqliyyatın hərəkətində süni sıxlıq yaratmasına da toxunan V.Əsədov bildirib ki, bunun qarşısının alınması məqsədilə “Yol Hərəkəti Haqqında” Qanunun tələblərinə əməl edilməlidir.

“Bu istiqamətdə profilaktiki tədbirlər aparılır. Unutmayaq ki, bu gün hər bir hərəkət iştirakçısı arxa cəbhədə əsgər hesab olunmalıdır. Biz də bunu daim xatırlamalı və hər şeyin Vətən üçün, cəbhə üçün olduğunu bilməliyik. Qaydalara riayət olunması yol hərəkətində təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərə dəstəkdir”,- deyə o, qeyd edib.

Oxşar xəbərlər
OTACI
OTACI