Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"la oyunu buraxacaq - "Sivasspor"da itki

19 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sivasspor" itki ilə üzləşib.

Press.az Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın 5-ci turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.

Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftə meydana çıxa bilməyəcəyi qeyd olunub. Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda noyabrın 5-də "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.

Qeyd edək ki, "Sivasspor"un myedanında keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI