logo
First slide

Ermənilər kaset bombalardan istifadə edir

18 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan tərəfidən kaset sursatlardan istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara həm yazılı şəkildə, həm də mətbuat vasitəsilə müraciət edilib.

Press.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

İ.İsayev qeyd edib ki, kaset sursatlar qadağan edilmiş sursatlar hesab edilir:

"Dünya miqyasında kaset silahların atışı qadağan edilib. Lakin düşmən tərəfindən Goranboy, Yevlax və Ağcabədi rayonları ərazisində bu cür bombacıqların atıldığını müəyyən etmişik. 1143 ədəd bu cür bombacıq aşkar edilərək götürülüb".

İ.İsmayılov əlavə edib ki, hazırda Sitalçay ərazisinə düşən S-300 raketinin qalıqlarının götürülməsi üçün işlər aparılır:

"Bu, qadağan olunmuş silahdır. Dünya miqyasında kasset silahlarının mülki əraziyə atılması qadağa edilib. Bu raketin əraziyə düşməsi nəticəsində xəsarətlə nəticələnın hər hansı bədbəxt hadisə baş verməyib".

Oxşar xəbərlər
OTACI
OTACI