Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda koronavirusa yoluxma sayı kəskin artdı

18 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Press.az verilən məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 024 test aparılıb. Bugünkü test sayı isə 9 089-dür.

Oxşar xəbərlər
OTACI