Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir

18 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“WhatsApp”a çoxdan gözlənilən xüsusiyyət gəlir. Belə ki, tətbiqin içərisində xüsusi çatın köməyi ilə mütəxəssislə əlaqə yaradılacaq və hər hansı problemi həll etmək mümkün olacaq.

Bu barədə “WeBetaInfo” xəbər verir.

Məlumata görə, “Android” əməliyyat sistemi üçün tətbiqin “Ayarlar” menyusunda istifadəçinin sorğu göndərə biləcəyi bölmə yaradılıb. Bura cihaz və orada olan hər hansı bir problem haqqında məlumat daxil ediləcək, sonra texniki mütəxəssislə əlaqə qurulacaq.

O da bildirilir ki, funksiya hazırlanır, ancaq buraxılma tarixi məlum deyil.

Daha əvvəl mesajlaşmaya dəstək xidməti ilə əlaqə qurmaq üçün xüsusi poçt ünvanına elektron məktub göndərmək lazım idi.

Oxşar xəbərlər
OTACI